Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağstafa Dövlət Rəsm Qalereyasında “Tarixi abidələrimiz-Tarixi dəyərlərimiz” mövzusunda tədbir keçirildi

18.04.2025

18 aprel 2025-ci il tarixində Ağstafa Dövlət Rəsm Qalereyasında 18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar “Tarixi abidələrimiz-Tarixi dəyərlərimiz" mövzusunda tədbir keçirildi. Uşaq, yeniyetmə və gənclərin  iştirakı ilə keçirilən tədbirdə mövzu ətrafında geniş məlumat verildi. Tarixi yerlər və abidələrimizin tanınıdılması, təbliği məqsədi ilə  Ağstafa və Qazax rayonlarında yerləşən tarixi yerlər və abidələrin əks olunduğu rəsm əsərlərindən ibarət sərgi təqdim olundu.